Ərdoğan: \"İlham Əliyev Soçi görüşü ilə bağlı mənə dedi ki...\"

Ərdoğan: \
"2013-cü ildə bir ifadəm var idi, "21-ci əsr Türkiyənin əsri olacaq” demişdim və hazırda bu reallaşmaqdadır. Bu məsələdə türkdilli dövlətlərin liderləri mühüm mövqeyə malikdirlər”.

Sfera.az  "haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan jurnalistlərə Türk Dövlətləri Təşkilatı  və bir neçə il öncə "21-ci əsrin türk əsri olacaq” dediyi fikri şərh edərkən deyib. 

O əlavə edib ki, bu, həm də dünya türklərinin belə bir əsr quracağının ifadəsi idi və hazırda bu dediklərimiz həyata keçməkdədir. 

"Bu məqsədlə Türk Şurasının adını dəyişib Türk Dövlətləri Təşkilatı qoyduq. Bütün Türk dövlətlərinin liderləri bu ideyaya müsbət yanaşır.  Ancaq bundan narahatlıq keçirənlər də var. Lakin Rusiyanın bundan əndişə keçirib-keçirmədiyini deyə bilmərəm. Çünki Cüma günü  İlham Əliyev qardaşımız Soçidə cənab Putinlə görüşüb  və görüş çox yüksək səviyyədə keçib. Orada Əliyev, Putin və Paşinyan görüşüb. Bununla bağlı qardaşım İlham Əliyevlə görüşün yekununu müzakirə etdik və dedi ki, görüş məhsuldar oldu”, - Ərdoğan qeyd edib. 

Ərdoğan onu da əlavə edib ki, bu görüşdə Araz çayı boyunca dəmiryolu və avtomobil yolu məsələsi də həllini tapıb. 

Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan Ərdoğan deyib ki, Azərbaycanın Ermənistan ərazisindən keçərək İğdırla birləşməsi istiqamətində çox uğurlu addım atılacaq: " Bundan əlavə, həm avtomobil, həm də dəmir yolu ilə sərnişin və yük daşımaları istiqamətində  ciddi  addımlar atılacaq. Bu məqsədlə biz  6-lıq platformasını gündəmə gətirmişik. Bu platformasında Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran, həmçinin  Gürcüstanın iştirakı  ilə  bölgədə sülhün tam şəkildə təmin olcağının şahidi oacağıq”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Bakı Kiyevə neçə milyonluq yardım edib? - XİN

Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyan...

Buraxılış imtahanının nəticələri bu tarixdə açıqlanacaq

30 aprel və 1 mayda keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahalarının nəticələri yaxın 2 gün ərzində elan olunacaq.   Sfer...

Əhaliyə sevindirəcək XƏBƏR - Kredit faizləri azaldılır

“Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq proqramlaşdırma işi gedir”.   Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəs...

İlkin Süleymanov: Xahiş etdim ki, məni buradan uzaqlaşdırsın...

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbə...

“Azərbaycan xalçası-ilmələrin rəqsi” - Yeni kolleksiya bu tarixdə təqdim ediləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər...

“İdeyadan biznesə”: Pre-inkubasiya proqramına start verildi - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proq...