Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
Ukrayna NATO-ya üzvlükdən başqa təhlükəsizlik təminatlarının alternativ variantlarını müzakirə etməyə hazırdır, lakin bu təminatlar hüquqi baxımdan eyni gücə malik olmalıdır. Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Corriere della Sera” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik təminatlarının optimal formatı üç elementdən ibarət olmalıdır: Ukrayna Silahlı Qüvvələri, Avropa İttifaqı və NATO. “Ordumuz real təminatdır və öz təcrübəsi,