“İran əlində zəif kartlar olsa da, “xox” gələn qumarbaza bənzəyir” - MÜSAHİBƏ

“İran əlində zəif kartlar olsa da, “xox” gələn qumarbaza bənzəyir” - MÜSAHİBƏ
Politoloq Qabil Hüseynlinin Sfera.az-a müsahibəsi.

- Qabil bəy, İran-Azərbaycan münasibətlərində yaşanan soyuqluq artıq gərginlik sferasına keçir. Dövlət rəsmi̇ləri̇ də sərt siyasi ritorikaya keçib. Necə düşünürsünüz, bu gərginlik hələ nə qədər və hansı mərhələyədək davam edəcək?

- İran sözün əsl mənasında qaşınmayan yaranı qaşımaqda qərarlıdır. Müstəqillik tariximizə nəzər salsaq, cənub qonşumuzun bir yox, bir neçə dəfə bənzər şəkildə Bakını qorxutmaq istəməsinin şahidi olmuşuq. İran hər zaman Azərbaycanı bir zamanlar ondan qoparılan parçası olaraq görüb. Bu gün də bunun şahidi oluruq.
 
Rəsmi Bakı hər zaman İrana yaxşı qonşu, etibarlı tərəfdaş olub. İran ərazisində tarixi cənubi Azərbaycan torpaqları olsa, İranda 35 milyondan çox azərbaycanlı yaşasa da, Azərbaycan İranın ərazi bütövlüyünə həmişə hörmət edib. Rəsmi Bakı heç bir halda İran əleyhinə yaradılan koalisiyalara, yaxud Qərbin iqtisadi sanksiyalarına qoşulmayıb. Bütün bu reallıqlar fonunda rəsmi Tehranın etdikləri, rəsmilərin açıqlamaları nankorluqdan başqa birşey deyil. O ki qaldı mövcud situasiyanın gələcəyinə, hər halda iki dövlət arasında müharibə versiyası real deyil.

Məsələ ondadır ki, ehtimal olunan müharibə İrana sərf etmir. Rəsmi Tehranın qarşısında 2000-ci ci illərin Azərbaycanı yoxdur. Digər tərəfdən, İran tərəfindən kim Azərbaycanla müharibə edəcək? 35 milyondan çox cənubi azərbaycanlı soydaşımız? Yoxsa türkmən qardaşlarımız? Bəlkə hər vəchlə İrandan ayrılmaq istəyən Ahvaz ərəbləri?
 
İran hazırda sadəcə olaraq, güc nümayiş etdirir. Bunu qumar masasında əlində zəif kartları olan, lakin qalib gəlmək istəyən oyunçunun rəqibini qorxutmaq cəhdi kimi də başa düşmək olar.

- Xarici mətbuatda Azərbaycan-İsrail münasibətləri ilə bağlı növbəti iddia səsləndirilib. İngiltərədə fəaliyyət göstərən ərəbdilli "Elaph” qəzeti tərəfindən Azərbaycanda İsrailə məxsus "F-35” qırıclarının olması haqqında informasiya dərc olunub. Düzdür daha sonra Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti sözügedən məlumatın doğru olmadığını bildirsə də, hər halda bu iddiaya inanlar da yox deyil...

- Azərbaycanda İsrailə məxsus "F-35” qırıcları? Bu çox gülünc, bir o qədər də məntiqsiz iddiadır. İngiltərədə fəaliyyət göstərən ərəbdilli "Elaph” qəzetinin kimə məxsus olduğunu bilmirəm. Ancaq görünür, bu iddianın arxasında ya erməni fitnəsi, ya da yenə İran durur. Hər iki halda da bu iddia əsassızdır.
Birincisi, iddiada qeyd edilən "F-35” qırıcları öz sinfinin ən müasir döyüş təyyarələridir. Bu qrıcıların saxlanma və baxım xərcləri alış xərcindən iki-üç dəfə bahadır. Azərbaycan indiki halda çətin ki, belə bahalı bir döyüş təyyarəsini alıb iqtisadiyyatını çətin vəziyyətinə salsın.
 
İkincisi, görünür, bu iddianı səsləndirən savadsızlar "F-35” qırıcları almağı BTR və ya ZTR almaq sanır. Adıçəkilən döyüş təyyarəsi bir yox, bir neçə ölkənin ortaq layihəsidir. Bildiyiniz kimi, qardaş Türkiyə də bu təyyarələrin hazırlanmasında işitrak edən ölkələrdəndir. Bununla belə,  Türkiyəyə söz verilən "F-35” qırıcları hələ təhvil verilməyib. Bu reallıqlar bir daha sübut edir ki, bu iddia əsassız və məntiqsizdir.

- Qabil bəy, İran tərəfinin səsləndirdiyi bir iddia da İsrail hərbçilərinin Qarabağda yerləşməsidir...
 
- Belə iddiaları eşitdikcə insan istər-istəməz düşünür ki, görəsən İranda bir dənə də olsun, məntiqli siyasətçi yoxdur? Lakin İran tərəfini təqdir də edirəm. Yaxşı fantaziyaları var. Ağılla düşünmək lazımdır. İsrailin Qarabağda nə işi var? Və ya İsrailin az problemi var ki, hələ bir Qarabağa da hərbçi göndərsin?
Bir o qalıb, desinlər ki, Qarabağda yadplanetli hərbi bazası da var. Rəsmi Tehran bu cür əsassız və məntiqsiz iddialar səsləndirməkdənsə, yaxşı olardı 44 günlük müharibə zamanı Ermənistana verdiyi logistik, hərbi, iqtisadi, dəstəkdən danışsın.
 
İran bu gün Qarabağda İsrailə məxsus və ya hansısa qurplaşmanın hərbçilərinin olduğu iddiasını sübut edə bilməz. Çünki belə bir şey yoxdur. Lakin rəsmi Bakı 44 günlük müharibə vaxtı İrandan Ermənistana daşınan silah-sursatı, müharibədən sonra Qarabağa qanunsuz daşınan yanacaq və silah TIR-ları ilə bağlı sayısız fakt, dəilil, sübut təqdim edə bilər.
 
- İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb. İranın bu addımı Azərbaycan bu və ya başqa formada zərər verə bilər?

- Düşünmürəm ki, bu addım Azərbaycana ciddi zərər vursun. Çünki hava məkanını bağlamaq lap quru sərhədini bağlamaq Azərbaycandan çox İrana zərər vuracaq. Onsuz da bizim İranla ticarət dövriyyəmiz iqtisadiyyatımıza zərər vuracaq qədər çox deyil. İran üçün isə bunu deyə bilmərəm. Rəsmi Tehran ən azından şimal-cənub nəqliyyat dəhlizindən ən aktiv şəkildə istfadə edən ölkədir. İndi onlara dəyəcək ziyanın nə qədər olacağını az-çox təxmin etmək olur. Digər tərəfdən, burada söhbət hava məkanından gedir ki, rəsmi Tehran bu yolla Bakıdan Naxçıvana daşınan hərbi yüklərin qarşısını aldığını düşünür ancaq burada da yanılır. Azərbayanın alternativ yolları hər zaman var. Qaldı ki, bu gün heç alternativ yola da ehtiyacımız yoxdur.
Məsələ ondadır ki, bu gün AZAL-ın  Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başladığı xəbərini aldım. Yəni İran belə bir adım atsa da, bu addım yenə onun özünə zərər vurdu.
 
Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Bu universitetdətəkrar ali təhsilə qəbul sayı2,5 dəfə artdı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.   Sfera.az xəbər verir...

Ermənistan rəhbərliyinin COP29 iştirak etməməsi sülh prosesinə necə təsir edəcək? - AÇIQLAMA

“Ermənistan rəhbərliyinin COP29 tədbirində iştirak etməməsi sülh prosesinə mənfi təsir etməyəcək”.   Bunu Sfera.az-a açıqlamasında polito...

Baş nazir QƏRAR İMZALADI

Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqınd...

Gələn il Xankəndi və Ağdərədən büdcəyəgəlirlər daxil olacaq

İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur.   Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin...

İsraillə müharibə Livana milyardlarla dollara BAŞA GƏLİB

İsraillə müharibə Livana 20 milyard dollara başa gəlib.   Sfera.az xəbər verir ki, bunu Livanın iqtisadiyyat naziri Amin Salam deyib.   Mə...

COP29 iştirakçıları viza və akkreditasiya sistemindən niyə razı qaldı? - Detallar AÇIQLANDI

COP29 tədbirində on minlərlə nümayəndə qeydiyyatdan keçib.   Sfera.az xəbər verir ki, bunu Akkreditasiya və Viza Departamentinin direktoru Fidan Yusu...