\"Bakıda metro şəbəkəsini genişləndirmək mümkün olmayacaq\" - Ekspertdən SOS siqnalı

\
"Bakıda bu gün aparılan xaotik tikinti bumu gələcəkdə metro şəbəkəsinin genişlənməsinə imkan verməyəcək”.
 
Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. O, avtobusların az olduğunu, tramvay və tralleybusu yarada bilməyəcəyimizi vurğulayıb:

"Nəticədə Bakı nəqliyyat sahəsində ən geridəqalmış şəhər olacaq. Bu gün metronun strateji planı olmalıdır. Məsələn, nəzərdə tutulmalıdır ki, 3 ilə filan yerdə stansiya olacaq, 5 ilə filan yerdə. Ən azı 50 illik strategiyanı ortaya qoymaq lazımdır və həmin xətlərin üstündə hündür binaların tikintisinə imkan verilməməlidir. Yoxsa, metro yatır, tikinti bumu da davam edir. Sabah da çıxıb deyəcəklər ki, yeni xətt çəkə bilmirik, imkan yoxdur, hər yerdə binalar var”.
 
Ekspert avtobuslara ümidin az olduğunu bildirib:

"Bu gün dövlət sahibkarlara normal dəstək olmadığı üçün başda "Bakubus” olmaqla, bütün şirkətlər zərərlə işləyir. Nəticədə gələcəkdə sahibkarlar geri çəkiləcək, bütün iş dövlətin üzərində qalacaq və milyonlarla xərc ortaya çıxacaq. İndiki dövrdə bu da dövlətə əlavə yük olacaq. Şirkət ona görə zərərlə işləyir ki, yeni və müasir avtobuslar tələb olunur. Onun da ölkəyə gətirilməsi üçün rüsumlar bahadır, üstəlik, gedişhaqqı bugünkü reallıqları əks etdirmir.
Ən əsas məsələ isə budur ki, Bakının nəqliyyat sistemi bir mərkəzdən qurulmalı və idarə edilməlidir. Yetər artıq, "mənəm-mənəmlik" dövrü bitsin. Yazıqdır bu camaat. Zülm çəkir insanlar. Kimlərsə cibini güdür, öz ambisiyalarını yürüdür. Amma vallah bu insanlara zülm edirsiniz. Olmaz, gec-tez partlayacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ata həbs olunursa, aliment borcu silinir? – İZAH

Xəbər verdiyimiz kimi, Bakıda 39 min manata yaxın aliment borcu olan şəxs həbs edilib. Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həy...

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yenilik – RƏSMİ

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəy...

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ail...

Maskın yaratmaq istədiyi partiyanın adı açıqlanıb

Amerikalı sahibkar İlon Maskın “X” hesabında yaratmaq istədiyi siyasi partiyaya ad seçimi üçün keçirdiyi sorğuda “Amerika” adına üstünlü...

Sumqayıtda avtoqəza olub, azyaşlı ölüb - FOTO

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qə...

Arda Güler karyerasını Fransada davam etdirə bilər

Hazırda "Real Madrid"in şərəfini qoruyan Arda Güler karyerasını Fransada davam etdirə bilər.   Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, ...