“Putindən gözləntilərim fərqlidir” - Ərdoğan

“Putindən gözləntilərim fərqlidir” -  Ərdoğan
"Təəssüf ki, Suriyadakı rejim ölkəmizin cənubunda bizə təhdid yaradır. Burada dost ölkələr olaraq, həmrəyliyimizin tələbi olaraq cənab Putindən, daha doğrusu Rusiyadan fərqli yanaşmalar gözləyirəm".  
 
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

"Bu mübarizəni cənubda birlikdə aparmalıyıq. Göründüyü kimi, ABŞ Suriya ilə o qədər də maraqlanmır. 

İndi burada kim var? İran, Rusiya və biz. Oranı da sülh hövzəsinə çevirmək niyyətindəyiksə, öz aramızda danışmalıyıq. Bunları müzakirə edəcəyik.  Biz Rusiya ilə ikitərəfli münasibətlərimizi daha da irəli aparmağa çalışırıq. Məqsədimiz 100 milyard dollarlıq ticarət həcminə çatmaqdır", - deyə Ərdoğan bildirib. 

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR