“İranın bu fürsəti necə dəyərləndirəcəyini zaman göstərəcək” - Açıqlama

Siyasət
16:38 / 23.09.2021
3293
"Üçtərəfli görüşdə yol xəritəsi müzakirə oluna bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə XİN rəhbəri
Mövluq Çavuşoğlu ilə iranlı həmkarı Hüseyn Əmirabdullahianın Tehranda Türkiyə,
Azərbaycan və İran xarici işlər nazirlərinin toplantısını keçirmək barədə əldə
etdikləri razılaşmanı dəyərləndirərkən, QAFSAM sədri Araz Aslanlı deyib:
"Son dövrlər İran Azərbaycan münasibətlərində
birincinin adekvat olmayan siyasəti nəticəsində müəyyən gərginlik yaşanır. Bu
da İranın 44 günlük müharibədən sonra Azərbaycana münasibətdə beynəlxalq hüquqa
uyğun olmayan davranışlardan qaynaqlanır. Təəssüf ki, Tehran 44 günlük müharibə
zamanı və ondan sonrakı mərhələdə prosesə uyğun şəkildə yanaşma tərzi sərgilmədi.
Əksinə, provakasiyaya getdi. Bununla da Azərbaycan və Türkiyədə özünə qarşı
narazılıq yaratdı”.
Elçin