Laçın dəhlizində sərhəd buraxılış məntəqəsi yaradılacaq - Deputat

15:57 / 23.09.2021
1936
Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri Rusiya hərbçilərinin Şuşaya
yollanan UAZ markalı maşınlarında axtarış-nəzarət tədbiri həyata
keçiriblər.
Bunun rus sülhməaramlıları
tərəfindən birmənalı qarşılanmadığı bildirilir.
Maraqlıdır, XTQ tərəfindən həyata keçirilən bu
axtarış-əməliyyat sistemi nəyə hesablanıb?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Elman Məmmədov
yoxlanış prosesinin Laçın dəhlizində də həyata keçiriləcəyini deyib:
"Müəyyən vəzifə ilə bağlı hansısa dövlət yaxud
təşkilat ona göstərilən etimad və etibardan suistifadə edəndə ona qarşı şübhə
yaranır.Bundan sonra həmin subyektə qarşı nəzarət mexanizmi tətbiq edilir.
Rusiya sülhməramlıları da ərazimizə daxil olan gündən indiyədək erməniməramlılıq
ediblər. Bu səbəbdən onların fəaliyyəti Azərbaycan tərəfindən nəzarətə götürülməlidir.
İstənilən dövlət öz sərhədləri daxilində baş verən hadisələrə, kimin nə gətirib-aparmasına
nəzarət etməlidir. Biz də bunu tətbiq edirik. Gorus-Qafan yolundan sonra Laçın
dəhlizinin Azərbaycan-Ermənistan sərhədində də edəcəyik".
Deputat Laçın dəhlizində Azərbaycan sərhəd buraxılış
məntəqəsinin yaradılmalı olduğunu bildirib:
Əzizə Zeynal
Sfera.az