“GUAM-ın yaşaması üçün pul lazımdır...” - Politoloq

Siyasət
13:52 / 23.09.2021
1029
"GUAM-ın
fəaliyyəti, inkişafı üçün ciddi maliyyəyə ehtiyac var. Əvvəllər bu maliyyəni
ABŞ tənzimləyirdisə, indiki vəziyyətdə düşünmürəm ki, Vaşinqton bunu edəcək
durumdadır. Ona görə də GUAM-ın böyük perspektivinə inanmıram”.
Bu sözləri
Sfera.az-a açıqlamasında son illər fəaliyyəti həddən artıq zəifləyən GUAM-ın gələcək
perspektivindən danışarkən, politoloq Natiq Miri deyib:
"GUAM elə
də ciddi təşkilat deyil. Qərb dünyasının patronajlığı ilə yaradılan qurumdur.
Qurumu Rusiyaya qarşı olan ölkələrin birliyi kimi də dəyərləndirmək olar.
Maraqlıdır ki, quruma üzv ölkələrinin hər biri ərazi bütövlüyü problemilə üzləşib.
Onu da bu ölkələr üçün yaradan Rusiyadır”.
Politoloqun
fikrincə, Qərbin marağı tez-tez dəyişdiyindən belə vəziyyət onun patronajlığı
altında yaradılan belə qurumların fəaliyyətinə də təsirsiz ötüşmür:
Elçin