Ərdoğanla görüşdən əvvəl Putindən PKK-ya muxtariyyət mesajı

12:20 / 23.09.2021
1381
"Prezident
Ərdoğanın bu ayın sonunda və ya ən geci oktyabrın əvvəlində Rusiyaya səfəri
gözlənilir. Çox kritik mövzular var ki, Kreml bu zirvəni "ikitərəfli
münasibətlərin başlanmasından bəri ən əhatəli gündəm" olaraq xarakterizə
edib”.
Sfera.az
xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib. Onun
sözlərinə görə, 10 gün ərzində ruslar Türkiyəyə qarşı 3 həmlə edib:
Rusiyanı
Türkiyəyə qarşı aqressiv atmosferə salan səbəblərdən biri də Ukrayna-Türkiyə
münasibətləridir.
İkincisi,
Ukraynanın NATO ilə bağlı Türkiyədən dəstək istəməsi və Türkiyənin buna müsbət
yanaşması.
Üçüncüsü,
Ukraynanın Krımın işğalındakı münasibəti, Türkiyənin əvvəldən Krımın işğalına
baxışı".
T.
Dağlı qeyd edib ki, müxalifətin Suriyada iki qalası var idi: Dera və İdlib: "Rusiya
rejim, İran Daranı aldı. İndi növbə İdlibdədir. İdlibə genişmiqyaslı hücum
başlayarsa, köç axını olacaq və bu, Türkiyəni çətin vəziyyətə salacaq. Rusiya
hazırda İdlibi bombalayır və Türkiyəni günahlandırır. İdliblə
bağlı son razılaşma 5 mart 2020-ci ildə əldə edilmişdi.Bölgədəki gərginliyi nəzərə
alaraq razılaşmanın yenilənməsi lazımdır. Rusiya Prezidenti Vladimir Putin bu
yaxınlarda Bəşər Əsədi qəbul etdi. O "Suriya ərazisinin 90 faizi Əsədin nəzarətindədir"
dedi.
Putinin
bu hesablamasına görə, qalan 10 faiz İdlibdir. Putinə görə, PKK-PYD terror təşkilatının
işğalı altında olan Fəratın şərqindəki Suriya torpaqları isə Suriya ərazisi
deyil. Putin riyazi bir səhv etməyibsə, Fəratın şərqindəki terror təşkilatına
muxtariyyət mesajı verir. Rusiya konstitusiya çalışmalarında da PKK-PYD-yə bu
jesti etmişdi.
Putinin
sözlərindən iki gün sonra PYD terror təşkilatının lideri, İlham Əhməd adlı
qadın terrorçu bir müddət Qəndildə xidmət edən məşhur PKK terrorçusudur. Rusiya
Xarici İşlər nazirinin müavini tərəfindən Moskvada qonaq edilib”.
T.Dağlı
qeyd edib ki, Rusiyanın Liviyada Haftar üzərində qurduğu tənliyin Türkiyə tərəfindən
alt-üst edilməsi, ABŞ-ın Əfqanıstandan geri çəkilməsi ilə yaranan yeni tənliyi
Rusiyanın təhdid olaraq oxuması və bu yeni tənlikdə Rusiyanın deyil, Türkiyənin
üstünlük təşkil etməsi rusları Türkiyəyə qarşı aqressivləşdirir:
Turan
Rzayev