Deputat: “Təsadüfən vəzifəyə gətirilənlərin çoxu əvvəl-axır...”

21:21 / 24.08.2021
2764
"Təsadüfən vəzifəyə gətirilənlərin çoxu əvvəl-axır poçtalyon işləməyə layiq olacaqlar. Şərq ölkəsində nazir işləyən gedib Qərbdə poçtalyon işləyirsə, bu Şərqlə Qərbin fərqini göstərən əsas cəhətdir”.
Sfera.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
F.Mustafa qeyd edib ki, Azərbaycanda nazirlərin əksəriyyəti vəzifədən çıxandan sonra hətta aşağı vəzifədə çalışmağı belə özünə həqarət sayır: "Bunlar hamısı cəmiyyətimizin titula sadiq olmasının göstəricisidir. Dində də belədir. Hacı, kərbəlayi, məşədi olana qədər hamı özünü Allah qarşısında borclu bilir. Amma bu titulu alan andan çoxu özünü imtiyazlı adam kimi aparmağa başlayır. Biliyi, səviyyəsi yüksək olanlar daha çox müəyyən funksiyaları yerinə yetirmək imkanına malik olurlar. İstedadlı adam harda olmasından asılı olmayaraq, hər yerdə parlayacaq.”