Paşinyan sərhədə Rusiya hərbçilərini yerləşdirmək fikrindən niyə daşındı? - Açıqlama

12:31 / 24.08.2021
968
Erməistanın baş naziri Nikol Paşinyan Azərbaycanla
sərhədə əvvəlcə "beynəlxalq müşahidəçiləri”, daha sonra Rusiya hərbçilərini gətirmək
istəyirdi. İndi isə baş nazir erməni sərhədçilərin yerləşməsindən danışır.
Maraqlıdır, onun bu istəyi nəyə hesablanıb? Paşinyan
Rusiyaya olan etibarsızlıqdan dolayı belə fikir səsləndirə bilərmi?
Məsələ ətrafında Sfera.az-a danışan politoloq Elman
Vəliyev Nikol Paşinyanın sərhəddə Rusiya qüvvələrinin yerləşdirilməsinin xüsusi
planlaşdırılmış strategiya olduğunu bildirib:
"Paşinyan ilk olaraq sərhəddə "beynəlxalq
müşahidəçilərin" yerləşdirilməsini dilə gətirdi. Ümumilikdə o, 10 Noyabr
atəşkəsindən sonra yaranan gərginliyi ATƏT-in Minsk qrupu vasitəsilə azaltmağın
tərəfdarı olduğunu deyib. Paşinyan bu məsələdə ən çox Fransaya meyilli idi və
Fransa da çalışırdı ki, həmin beynəlxalq müşahidəçilər özlərindən ibarət olsun.
Ancaq Rusiya buna etiraz etdi. Rusiya tərəfi əvvəl bildirirdi ki, sərhədə rus hərbçilərinin
yerləşdirilməsini planlaşdırmırıq, sonra Ermənistan və Fransanın əlaqələrini,
Paşinyanın beynəlxalq müşahidəçilərin sərhədə yerləşdimək fikirlərindən sonra
Rus hərbçilərinin sərhəddə yerləşdirilməsini aşkar dilə gətirdi. Paşinyan
Rusiyadan çox Qərbə, Amerikaya simpatiya bəsləyir. Daha sonra sərhəddə erməni sərhədçilərinin
yerləşdirilməsini söyləməsi həm Rusiyadan ehtiyat etməsi, həm də antirusiyalıların
təzyiqindən yaxa qurtarmaq üçündür".
Ekspert bəyanatın müddəalarının yerinə yetirilməsi
üçün müəyyən tədbirlərin görüləcəyini deyib:
Əzizə Zeynal
Sfera.az