“Rəsmi Bakı “Taliban”la əlaqələr qurmalıdır, çünki...” - Politoloq

15:03 / 23.08.2021
1592
Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan rəsmi Ankaranın "Taliban” rəhbərliyi ilə dialoqa hazır olduğunu bəyan
etmişdi. Ölkə rəhbəri eyni zamanda
Türkiyənin "Taliban”ın verdiyi mesajları müsbət qarşıladığını demişdi.
Bu isə ortaya belə bir sual çıxarır – Türkiyənin
bu mövqeyi Azərbaycanın "Taliban”la münasibətlərinə təsir edəcəkmi? Rəsmi Bakının
Əfqanıstanın yeni hakimiyyəti ilə münasibətləri necə olacaq?
Politoloq Samir Hümbətov Sfera.az-a
açıqlamasında qeyd edib ki, Ərdoğanın "Taliban”la bağlı söylədiyi fikirlər
olduqca vacibdir və bunu həm Türkiyənin Əfqanıstan, Mərkəzi Asiya ilə bağlı
xarici strategiyasının müəyyən edilməsi, həm də Azərbaycanın xarici
strategiyasının necə müəyyən olunmasına işarə kimi qiymətləndirmək olar:
"Artıq azərbaycanlı sülhməramlı qüvvələr də Türkiyə
sülhməramlı qüvvələrlə birgə Əfqanıstanda xidmət keçirlər. Hesab edirəm ki, Azərbaycanın
da bu məsələdə Türkiyə ilə birgə hərəkət etməsi olduqca önəmlidir. Əgər dünya
birliyi tərəfindən Əfqanıstandakı "Taliban” hökumətinin tanınması prosesi baş
verərsə, Azərbaycan da bu və ya digər formada oradakı yeni hökumətlə əməkdaşlığı
davam etdirə bilər”.
Müsahibimiz qeyd edib ki, ilk növbədə bu məsələdə
ölkəmizin sülhməramlı qüvvələrinin Əfqanıstandakı fəaliyyəti yer tutur:
Günay Rəsulqızı