Azərbaycan Krım platformasına niyə qatılmadı? – Zərdüşt Əlizadənin şərhi

13:16 / 23.08.2021
2009
Azərbaycan Kiyevdə işə başlayacaq "Krım platfoması”nda iştirak etməyəcək. Platformada iştirak etməyəcəyimizlə bağlı bir neçə
gün əvvəldən Ukrayna rəsmilərinə məlumat verilib.
Maraqlıdır, 44 dövlətin iştirak etdiyi platformaya Azərbaycanın
qatılmaması Bakı-Kiyev münasibətlərinə hansısa formada təsir edə bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Zərdüşt
Əlizadə Ukraynanın Azərbaycanla münasibətlərdə gərginlik yaratmayacağını deyib:
"Ümumən Aərbaycan Ukraynanın ərazi bütövlüyün
tanıyır. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Ukraynanı dəstəkləsə də Rusiya
ilə gərginliyin yaranmamasına da çalışır. Bunu Ukraynada da anlayışla qarşılayır.
Çünki diplomatiya müəyyən mənada çeviklik tələb edir. Ukrayna özü də sərt mövqe
tutmayıb, Rusiyaya qarşı çevik siyasət mexanizmi nümayiş etdirir. Biz Ukraynanı
heç vaxt incidib deməmişik ki, Krım Rusiyadır. Bunu Ukrayna diplomatları da
anlayır".
Politoloq Qarabağda vəziyyətin gərgin olmasının da platforamada
iştiraka mane olduğunu qeyd edib:
"Diplomatlar qara camaat deyil ki, bu məsələni
qabardıb problem yaratsınlar. Rusiyadan asılılığı olmayan ölkələr Krım
platformasında rahatlıqla iştirak edir. Lakin Qarabağda gərginliyin davam
etdiyi bir zamanda bu platformada Azərbaycanın iştirakı yaxşı olmazdı. Azərbaycan
Rusiya ilə həmsərhəddir və Rusiyanın birbaşa olaraq bu proseslərə təsir etmək gücü
var. Ukrayna özü də bunu yaxşı anlayır və bu baxımdan hansısa gərginliyin
yaranacağını düşünmürəm".
Qeyd edək ki, Krım Platforması Ukraynanın
diplomatik təşəbbüsüdür və Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin
diqqətini çəkmək üçün koordinasiya mexanizmidir.
Sfera.az