“Qarabağın statusu bəlli olmadığından münaqişəni bitmiş saymaq olmaz” – ABŞ səfirindən açıqlama

11:22 / 23.08.2021
3295
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi hesab
edir ki, Dağlıq Qarabağın statusu hələ müəyyən edilmədiyindən münaqişə həll
olunmayıb.
"Biz Minsk qrupunun həmsədri olaraq vəziyyətin
gərginliyini azaltmağa, münaqişəni aradan qaldırmağa çalışacağıq ki, qalan məsələlərin,
müharibədən sonrakı durumun və qalan vəzifələrin son həlli mümkün ollsun",
- deyə səfir qeyd edib.
Sfera.az xəbər verir ki, Linn Treysi bunu
Sünik bölgəsində jurnalistlərlə söhbət zamanı bildirib.
Təhlükəsizlik və sərhəd hadisələri ilə əlaqədar
məsələlərə gəlincə, Treysi xatırladıb ki, bu mövzuda fikirlərini açıqlayıb və
ABŞ Dövlət Departamenti tərəfindən də bir neçə mövqeyə dair rəy səsləndirilib.
"Yaxşı bilirsiniz ki, iyul ayında hadisələrin
qeydə alındığı Geqarkunik bölgəsinin sərhəd rayonlarından birini ziyarət etdim.
Şiddətə ən qısa zamanda son qoymaq üçün vəziyyətin gərginləşməməsini istədiyimizi
açıq şəkildə bildirmək istəyirəm",- deyə səfir bildirib.
Linn Treysi bu problemlərin həllinin son dərəcə
vacib olduğunu vurğulayıb: "Xüsusən də mülki əhali münaqişənin episentrində
olduğu üçün onun təhlükəsizliyinə zəmanət verilə bilməz, bütün bunları nəzərə
alaraq sözügedən problemlər ən tez zamanda həllini tapmalıdır".
Sfera.az