Ərdoğan açıqladı: İranla sərhəddə beton divarlar hörülür – Bu, nəyin qorxusudur?

14:57 / 19.08.2021
7324
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı, Hakkari,
İğdır və Van ərazilərinin İranla sərhədinə beton divarlar çəkiləcəyini bildirib. Artıq 157 kilometrlik divarın tamamlandığını vurğulayan Ərdoğan bu tədbirin
təkcə Əfqanıstandan başlayacaq böyük köç üçün yox, terrora qarşı da vacib tədbir
olduğunu diqqətə çatdırıb.
Maraqlıdır, Türkiyənin bu addımı İranla münasibətlərinə
hansısa formada təsir edə bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Qabil
Hüseynli Türkiyənin bu addımı yerində atdığını bildirib. Ekspert İranın bu səddlərin
çəkilməsinə əsas səbəb olduğunu deyib:
"Həmin ərazilər PKK terroçularının, İŞİD-in
daim mövcud olduqları ərazilər idi. İran Türkiyənin ərazi bütövlüyünü qəbul etsə
də, bunu qəbul etməyənləri himayə edərək, onlara silah verib. Bu baxımdan Türkiyə
doğru addım ataraq, PKK terrorçularını sıxışdırıb. Bundan başqa Türkiyə Avropa
yolunda cazibəli ölkəyə çevirilb. Bütün narkotacirlər, qaçaqmalçılar, Avropaya
köçüb məskən salmaq istəyənlər Türkiyə vasitəsilə Avropaya daxil olurlar. Divarın
çəkilməsinin ikinci səbəbi də budur. Türkiyə həm də əfqan qaçqınların ölkəyə gəlməsini,
kütləvi axın olmasını istəmir. Türkiyə indi 5 milyon Suriya qaçqınını himayə
edir, onlara 8-10 milyard dollar aralığında pul xərcləyir. Bu baxımdan yeni qaçqın
axını Türkiyə üçün yaxşı heç nə vəd etmir".
Ekspert Türkiyə-İran münasibətlərinin soyuqlaşacağını
deyib:
Əzizə Zeynal
Sfera.az