DSX rəisinin iki müavini ehtiyata buraxıldı

14:07 / 18.08.2021
1529
Dövlət Sərhəd Xidməti rəisinin iki müavini ehtiyata buraxılıb.
Sfera.az-ın DSX-ya istinadən verdiyi məlumata görə, DSX rəisinin Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq müavinləri - general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaşıblar.