Prezidentdən Aslan Aslanovla bağlı SƏRƏNCAM

12:55 / 18.08.2021
1584
Azərbaycan Respublikasında mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanovun doğum günüdür. Onun 70 yaşı tamam olur.