“Lavrovun açıqlaması daxili işlərimizə müdaxilədir” – Politoloq Rusiyaya ultimatum verilməsinə çağırdı

12:49 / 18.08.2021
3504
Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağın
ermənilər yaşayan hissəsində iqtisadi inkişaf prosesinin Rusiyanın aktiv
iştirakı ilə reallaşdırmaq istəyini ifadə edib. Nazir Qarabağın bu ərazilərinin
aşkar iqtisadi rentabelliyə malik olduğunu deyərək, investorlara çağırış edib.
Səsləndirilən fikirləri şərh ediən politoloq Natiq
Miri Sfera.az-a açıqlamasında bildirib ki, Lavrovun bu bəyanatı Azərbaycan üçün
mesaj xarakteri daşıyır:
"Lavrovun bu açıqlaması Azərbaycanın daxili
işlərinə kobud müdaxilədir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır,
Azərbaycan konstitusiyasını qəbul etdikləri təqdirdə, yenidən bu ərazidə yaşaya
bilərlər. Onların təhlükəsizliyindən, hüqularının təmin olunmasından Azərbaycan
məsuldur. Belə olduğu halda Rusiya kimi bir dövlətin Azərbaycanın daxili işlərinə
müdaxiləsi onun Qarabağda yaşayan erməniləri öz əhatə dairəsi altında görməsindən
irəli dəlir. Bu həm də Azərbaycana mesajdır ki, Azərbaycan həqiqətən də ermənilərin
yaşadığı Qarabağ ərazisini öz hakimiyyəti altında görmək istəyirsə, Rusiyanın
istəklərinə uyğun hərəkət etməlidir”.
Ekspert investorların ermənilərin yaşadığı Qarabağ ərazisinə
hazırda sərmayə qoymaq niyyətlərinin olmadığını deyib:
Əzizə Zeynal
Sfera.az