İrəvan Bakı qarşısında geri çəkilir – Ermənistan üçtərəfli danışıqlara qayıtmağa məcbur oldu

İrəvan Bakı qarşısında geri çəkilir – Ermənistan üçtərəfli danışıqlara qayıtmağa məcbur oldu
"Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli danışıqlar Ermənistanın birtərəfli qaydada prosesdən imtinası nəticəsində dayanmışdı. İrəvanın yenidən danışıqlara qayıtması isə onu göstərir ki, Ermənistan prosesi davam etdirmək məcburiyyətindədir. Bu məcburiyyət müəyyən mənada Rusiyanın istəyi və təzyiqi, həmçinin Ermənistanın özü üçün arzuolunmaz vəziyyətin yaranması ilə bağlıdır. Nə vaxta qədər sərhəddə və Qarabağda erməni silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutacaq?”

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyətini bərpa etməsinə münasibət bildirərkən, politoloq Natiq Miri deyib.
 
Politoloq bildirib ki, İrəvan yenidən danışıqlar prosesinə qayıdırsa, deməli daşı ətəyindən tökmək, Azərbaycanın şərtlərini qəbul etmək zorundadır:
 
"Çünki prosesin gərginliklə davam etməsi Qarabağda antiterror əməliyyatının keçirilməsi və sərhədlərin birtərəfli qaydada müəyyənləşməsinə doğru aparır. Hansı ki, bu variant İrəvan üçün məqbul deyil. Ermənistanın üçtərəfli danışıqlardan imtinası sərhədlərin müəyyənləşməsi prosesinə etirazı ilə bağlı idi. Onlar prosesə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müdaxiləsinə çalışırdı. Lakin Bakı bu tələbləri rədd etdi. Çünki ortada sərhədlərin müəyyənləşməsi məsələsində istinad üçün razılaşdırdıqları konkret coğrafi xəritələr var”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

3 bürcü bu gün sürpriz gözləyir - ULDUZ FALI

14 May 2025 tarixində ulduzlar və planetlərin hərəkətləri bir sıra bürclər üçün xüsusi enerjilər və imkanlar vəd edir.    Sfera.az günlük qorosk...

Nazir Leyla Muradzadəyə yüksək vəzifə verdi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.   Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən bildirilib.   ...

"İstanbulda Rusiya-Ukrayna atəşkəsi ela oluna bilər" - AKP

İstanbul görüşündə Ukrayna Rusiya arasında atəşkəslə bağlı razılıq ola bilər.    Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin...

Ötən günün statistikası: Kartlardan 15 min oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat ve...

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...