Azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir – “İkinci Qarabağ müharibəsi də sübut etdi ki...”

Azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir – “İkinci Qarabağ müharibəsi də sübut etdi ki...”
Hər bir cəmiyyət üçün milli mənlik, vətənpərvərlik anlayışı milli dərketmənin, varolmanın mühüm atributlarından biridir. Vətənpərvərlik anlayışının əsas kodekslərindən biri də milli dəyərləri, adət-ənənələri qoruyub saxlamaq, milli ideologiyanın təbliği məsələsidir.

Bizim üçün də azərbaycançılıq ideologiyası xalqı birləşdirən əsas dəyərlərdən biri, belə desək, güc mərkəzdir. Məhz bu ideologiyanın ətrafında bütün digər mübahisəli məsələlər, siyasi əqidə, daxili dartışmalar arxa plana düşür. Elə buna nümunə olaraq 44 günlük Vətən müharibəsini, bu dövr ərzində vahid mərkəzdə birləşməyi, azərbaycançılıq ideologiyasının hamını yumruq kimi birləşdirməsini nümunə göstərə bilərik. 
 
Dövlət müstəqilliyimizin bərpasının 30-cu ildə azərbaycançılıq ideologiyasının təbliği və bu istiqamətdə digər məsələlər barədə Milli Məclisin deputatları öz fikirlərini Sfera.az-la bölüşüb.
 
Deputat Arzu Nağıyev 30 illik dönəmdə azərbaycançılıq ideologiyasının təbliği istiqamətində ciddi addımların atıldığını bildirib:

 
"Azərbaycanın gerbi, himni onun müstəqillik atributlarıdır. 1991-ci ildən başlayaraq hansı çətinliklər yaşanmasından asılı olmayaraq, MDB məkanında özünün dəsti-xətti olan, müstəqil siyasət yürüdə bilən dövlətlərin başında Azərbaycan dayanır. Buna görə də istər regional, istərsə də qlobal səviyyədə bir sıra çətinliklərimiz oldu. Əksər qüvvələr bizi mentalitetimizdən uzaq davranış sərgilməyə çağırırdı.
 
Hələ bağçadan başlayaraq azərbaycançılıq ideyasının təbliği mühüm məsələdir. Bu təbliğat bağçadan başlayaraq, məktəblərə, ali təhsil müəssisələrinə, kütləvi tədbirlərə və mediyayadək geniş çərçivəni əhatə etməlidir. Yazılan əsərlərdə azərbaycançılıq anlayışının real təbliği çox önəmlidir. 44 günlük Vətən müharibəsindən öncə də, sonra da məhz bu istiqamətdə ciddi addımlar atılıb. Məsələn, Azərbaycan Ensklopediyasına təkarar baxış, tarixi torpaqlarımıza aid mühüm məsələlərə aydınlıq gəirilməsi və s. istiqamətdə ciddi işlər görülüb. Azərbaycanda ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmini, Azərbaycan vətəndaşının rifahı çox mühümdür. Bütün bunlar kiminsə istəyi ilə birdən həyata keçmir. Bu proses üçün zaman lazımdır".
 
"Biz SSRİ kimi dövlətin tərkibində olmuşuq. Buna baxmayaraq, yenə də öz dilimizi, adət-ənənələrimizi qoruyub-saxlamağı bacarmışıq..."

Deputat indiyədək olan azərbaycançılıq təbliğatını yüksək qiymətləndirərək, prosesin gələcəkdə də davam etdirilməli olduğunu diqqətə çatdırıb:


"Ötən 30 ildən bir qədər çox müddətdə biz müxtəlif çətinliklərlə qarşılaşaraq, sadaladığım dəyərləri yüksək tuta bildik. Düşünürəm ki, bu gün Azərbaycan hökuməti əlindən gələni edir ki, mənəvi dəyərlər itməsin. Mənəvi dəyərlərin əldən alınması üçün ilkin addım dilə zərbə vurmaqdır. Lakin sevindirici haldır ki, bu gün biz dövlət dilimizin inkişafı istiqamətində müxtəlif addımlar atıb, onu daha da təkmilləşdiririk. Ümumiyyətlə, istənilən ideyanın geniş yayılması, nüfuza təsiri üçün təbliğata ehtiyacı var. Azərbaycançılıq ideyasını dediyim kimi elmi məqalələr, təhsil müəssisələrində təbliğat aparmaqla daha geniş miqyasda yaya bilərik".
 
Deputat Elman Məmmədov da açıqlamasında azərbaycançılıq ideyasının təbliğinin uzun illər öncəyə təsadüf etdiyini bildirib. Deputat bu istiqamətdə görülə biləcək işlərdən də danışıb:


"Azərbaycançılıq ideyasının təbliği çox vacib məsələdir. Bu məsələdə dövlət həmişə mövqe ortaya qoyub, sözünü deyib. Hələ ulu öndər Heydər Əliyevin dövründə ümumdünya azərbaycanlılarının qurultayının keçirilməsi bu məsələnin keçmişə dayanmasının göstəricisidir. Dünyada yaşayan azərbaycanlıların, Azərbaycan diasporlarının təşkilatlanması, görüşlərin keçirilməsi və onların işlərinin nizmanlanması mühüm məsələdir. Eyni zamanda republika daxilində azərbaycançılığın da təbliğinə diqqət yetirilir və bundan sonra da yetirilməlidir. Dilimizlə, ədəbiyyatımızla, görkəmli şəxsiyyətlərimizlə, qanunlarımızla bağlı sözügedən ideyanın təbliğinə önəm verilir".
 
"Öhdəliyi olan bütün qurumlar azərbaycançılıq ideologiyasının təbliğatı ilə məşğul olur"

Deputat təbliğatın aparılması ilə məşğul olan rəsmi qurum nümayəndələrinin işlərinin öhdəsindən gəldiyini deyib:

"Dünyada yaşayan azərbaycanlıların bir mərkəzdə birləşməsi, Azərbaycan tarixini öyrənilməsi, ədəbiyyat və irsin öyrənilməsi vacib istiqamətlərdəndir. Bu sahəyə cavab olan rəsmilər işlərinin öhdəsindən gəlirlər. Biz kim olduğumuzu, haradan gəldiyimizi, hara getdiyimizi dəqiq bilməliyik. Buna görə də tariximizi, ədəbiyyatımızı, incəsənətimizi öyrənib təbliğ etməklə azərbaycançılığa böyük töhfələr vermiş olarıq".
 
Əzizə Zeynal

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir;

 

OXŞAR XƏBƏRLƏR

Nazir Leyla Muradzadəyə yüksək vəzifə verdi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.   Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən bildirilib.   ...

"İstanbulda Rusiya-Ukrayna atəşkəsi ela oluna bilər" - AKP

İstanbul görüşündə Ukrayna Rusiya arasında atəşkəslə bağlı razılıq ola bilər.    Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin...

Ötən günün statistikası: Kartlardan 15 min oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat ve...

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni di...