Prezidentdən DSX ilə bağlı FƏRMAN

Siyasət
18:35 / 17.08.2021
1684
"Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə"yə dəyişiklik edilib.
Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklə "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”nin 2-ci hissəsinə "Çevik Hərəkət Qüvvələri,” sözlərindən sonra "Xüsusi Hava Əməliyyatları Qüvvələri,” sözləri əlavə edilib.