Ronaldo rekorda imza atdı

İdman
20:38 / 18.06.2021
3000
İnstaqramda ən çox izlənən dünyaca məşhur ulduzların siyahısı açıqlanıb.
Sfera.az xəbər verir ki, ilk sırada 300 milyon izləyici ilə portuqaliyalı məşhur futbolçu Kriştiano Ronaldo yer alıb. O, sosial şəbəkənin tarixində bu göstərici ilə rekorda imza atıb.
İkinci yerdə 246 milyonla aktyor Duen Conson, 3-cü yerdə isə 244 milyon izləyici ilə müğənni Ariana Qrande qərarlaşıb.
Siyahıda Kayli Cenner, Teylor Svift, Castin Biber, Beyons, Messi, Selena Qomez kimi məşhurlar da yer alıb.
Qeyd edək ki, Ariana Qrande İnstaqramda 200 milyon izləyicisi olan ilk qadın olub.