İdman zallarından istifadə qaydaları AÇIQLANDI

İdman zallarından istifadə qaydaları AÇIQLANDI
Səhiyyə Nazirliyi idman zallarından istifadə qaydalarını açıqlayıb.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, zala gedən şəxslər koronavirusla bağlı bəzi tələblərə əməl etməlidirlər.

İdman zalına giriş və çıxış zamanı əllər sabun və su ilə yuyulmalıdır. Alətlərə toxunduqdan sonra əlləri antiseptik məhlulla təmizləmək tələb olunur. Zaldan istifadə üçün şəxsi əşyalar (dəsmal və s.) götürmək, içəridə ən azı 2 metr sosial məsafə saxlamaq lazımdır. İdman edərkən üzə toxunmaq olmaz. Zalda məşq edən şəxlər üzünün yerə və ya alətə toxunmadığına əmin olmalıdır.

Həmçinin paltardəyişmə otağında uzun müddət qalmamaq, xəstəlik (qızdırma, öskürək, nəfəs darlığı, baş ağrısı, halsızlıq, ishal və s.) əlamətləri olanların idman zallarına getməməsi tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR

Çövkən üzrə Azərbaycan milli komandası Avropa çempionu oldu

İyunun 5-7-də Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən Çövkən üzrə Avropa Çempionatının final qarşılaşması baş tutub.   ...

Valideynlərin üzük hədiyyə etdiyi müəllimdən açıqlama: "Bilsəydim götürməzdim"

Tovuzda müəllimin valideynlərdən zinət əşyası tələb etməsi xəbərinə aydınlıq gətirilib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, övladları Tov...

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.   Sfera.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya se...

Qaxdakı yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Qaxda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, xəsarət alanlar &qu...

Gədəbəydə qayın gəlinin üzünü kəsdi

Gədəbəydə qayın gəlinin üzünə kəsici alətlə xəsarət yetirib.   Sfera.az "Report"a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Əminə Tağ...

Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi

Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən sküterlə toqquşub və nəticədə ciddi xəsarət alıb.   Sfera.az xəbər verir ki, teatrın...