"Sumqayıt"ın ilk oyununun vaxtı dəyişdirildi

"Sumqayıt"ın Serbiyanın "Çukariçki" komandası ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyunun vaxtı dəyişdirilib.

Sfera.az-ın məlumatına görə, bu barədə Çukaritsa təmsilçisinin rəsmi saytı xəbər yayıb. İyulun 22-nə nəzərdə tutulan görüşün bir gün tez olacağı bildirilib.

Buna səbəb həmin gün ölkənin digər klubu "Partizan"ın da Konfrans Liqasında Slovakiyanın "Dunayska Streda" komandası ilə ev oyununa çıxmasıdır. UEFA-nın qaydalarına əsasən, bir ölkənin iki komandası eyni gündə evdə avrokubok matçı oynaya bilməz.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da olacaq.


OXŞAR XƏBƏRLƏR