Danimarka - Belçika oyunu 10-cu dəqiqədə DAYANDIRILDI

Danimarka - Belçika oyunu 10-cu dəqiqədə DAYANDIRILDI
Futbol üzrə Avropa çempionatının Damimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırılıb.

Sfera.az-ın məlumatına görə, bu addım yerli komandanın və İtaliya "İnter"inin yarımmüdafiəçisi Kristian Eriksenə dəstək məqsədilə atılıb. Eriksen ilk turun Finlandiyaya 0:1 hesabı ilə uduzduqları oyun zamanı ürəktutması keçirib.

Fasilə zamanı azarkeşlər və oyun iştirakçıları 29 yaşlı futbolçunu alqışlamaq imkanı əldə ediblər. 10 nömrəli forma ilə çıxış edən Eriksenin şərəfinə tezliklə sağalmasını diləyən bannerlər nümayiş etdirilib.

Danimarka - Belçika oyununda ilk yarı meydan sahiblərinin xeyrinə başa çatıb - 1:0. Yeganə qolu 2-ci dəqiqədə Yussuf Poulsen vurub.

Qeyd edək ki, iyunun 12-də Finlandiya ilə görüşdə Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Xəstəxanada qalacaq futbolçu üzərində bütün lazımi müayinələr aparılır. İndi həkimlər oyunçuya implant dərialtı kardioverter-defibrillyator quraşdırmaq niyyətindədirlər.

OXŞAR XƏBƏRLƏR

Çövkən üzrə Azərbaycan milli komandası Avropa çempionu oldu

İyunun 5-7-də Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən Çövkən üzrə Avropa Çempionatının final qarşılaşması baş tutub.   ...

Valideynlərin üzük hədiyyə etdiyi müəllimdən açıqlama: "Bilsəydim götürməzdim"

Tovuzda müəllimin valideynlərdən zinət əşyası tələb etməsi xəbərinə aydınlıq gətirilib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, övladları Tov...

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.   Sfera.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya se...

Qaxdakı yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Qaxda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, xəsarət alanlar &qu...

Gədəbəydə qayın gəlinin üzünü kəsdi

Gədəbəydə qayın gəlinin üzünə kəsici alətlə xəsarət yetirib.   Sfera.az "Report"a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Əminə Tağ...

Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi

Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən sküterlə toqquşub və nəticədə ciddi xəsarət alıb.   Sfera.az xəbər verir ki, teatrın...