Buffonun yeni klubu açıqlandı

İdman
14:22 / 17.06.2021
1961
İtaliyanın "Yuventus" klubundan ayrılan qapıçı Canluici Buffonun yeni klubu müəyyənləşib.
Sfera.az-ın məlumatına görə, 43 yaşlı qolkiperin "Parma"ya keçidi rəsmiləşib. Müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə İtaliya "Parma"sında gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.