Karateçilərimiz Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sayını üçə çatdırıblar - FOTOLAR

Karateçilərimiz Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sayını üçə çatdırıblar - FOTOLAR
Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və İrina Zaretskanın (+61 kq) ardından Parisdə olimpiya lisenziyalı son turnirdə Firdovsi Fərzəliyev (-67 kq) bürünc medalla yanaşı, Tokio Yay Olimpiya Oyunlarına lisenziyaya da sahib olub.
 
Sfera.az AZƏRTAC-a istinadən  xəbər verir ki, kişilərin kumite üzrə baş məşqçisi Qurban Tağıyev və böyük məşqçi Şahin Xudaverdiyevin, həmçinin qadınların baş məşqçisi Denis Morozov və kata üzrə baş məşqçi Vahid Ayvazovun Paris olimpiya təsnifat turnirində müşayiət etdiyi digər idmançılardan İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Asiman Qyrbanlı (+75 kq), Roman Heydərov və Neda Rezai (hər ikisi kata) isə medalçılar və olimpiada iştirakçıları arasına düşə bilməyiblər.

İyunun 11-13-də turnirdə 98 ölkədən 500 karateçinin olimpiya vəsiqələri uğrunda mübarizəsini idarə edənlər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. "Pyer de Kubertyen" arenasında yarışın hər kateqoriyasında ilk üçlük olimpiya lisenziyaları qazanıb.

Qeyd edək ki, Tokio 2020-nin iştirakçılarından ilk 40 idmançının adları Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarında xüsusi olimpiya reytinqinin ilk 4 pilləsi ilə təyin edilib. Daha 24 idmançı Fransanın paytaxtında xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanıb. 12 əlavə olimpiya vəsiqəsi isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Qalan 4 karateçiyə olimpiya vəsiqələri üçtərəfli komissiyanın dəvəti ilə veriləcək.

Tokio 2020 Olimpiadasında 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Tokio Olimpiadasının karate yarışları avqustun 5-7-də Nippon Budokan mərkəzində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

“Hələ də oğlumun məzarına gedə bilməmişəm...” - Xəyyamın anası

"Xəzər axşamı" komandası mərhum meyxanaçı Xəyyam Əhmədlinin ailəsinə baş çəkib.   Sfera.az xəbər verir ki, sənətçinin anası Zöhrə Quliyeva ...

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...