238 nömrəli məktəb Türkiyə məktəbi ilə “Qardaş məktəb” layihəsini imzaladılar - FOTO

238 nömrəli məktəb Türkiyə məktəbi ilə “Qardaş məktəb” layihəsini imzaladılar - FOTO
Bakının Nizami rayonundakı 238 nömrəli tam orta məktəblə Türkiyənin Çanaqqala şəhərində 75 Yıl ilk okulu ilə "Qardaş məktəb” layihəsinə imza atdılar.

Sfera.az xəbər verir ki, bu layihə çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. İlk olaraq aprelin 7-də məktəblərin müəllimləri arasında görüş keçirildi və müəllimlər qarşılıqlı tanış oldular. Qardaşlaşmış məktəbin müəllimləri şəhərlər haqqında qarşılıqlı tanıtma təqdimatını etdilər. Aprelin 23-də "23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı Günü” münasibəti ilə bayram tədbiri keçirildi. Bayram tədbirində qardaş məktəblərin şagirdləri bayram  münasibəti ilə bir-birini hazırladıqları mahnı, rəqs və şeir parçaları ilə təbrik etdilər. 
 
Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Çanaqqala məktəbinin müəllimləri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir hazırladılar. Tədbirdə bir sıra dəyərli qonaqlar iştirak etdi. Türkiyənin Çanaqqala  şəhərinin Ezinə şəhər təhsil müdiri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin rəhbəri İlkin Həsənov qonaq oldular. 

28 May – Respublika günü münasibətilə hazırlanan tədbirdə 238 saylı məktəbin şagirdləri bayram sevinclərini hazırladıqları bayram tədbiri ilə qardaş məktəbin şagirdlərinə təqdim etdilər. Tədbirdə hər iki məktəbin direktorları Xuraman Osmanova, Bahadır Çağatay, müdir müavini Ruhəngiz Heydərova və Sevilay Kokaroğlu çıxış edərək "Qardaş məktəb” layihəsi ilə bağlı gələcək planlarını və ürək sözlərini dedilər.
 

OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...