Lerikdəki dəhşətli qətli kəndin mollası törədib

Lerikdəki dəhşətli qətli kəndin mollası törədib
Aprelin 28-də axşam saatlarında Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyidi tapılmışdır.

Sfera.az modern.az-a istinadən bildirir ki, kənd sakinlərinin verdiyi məlumata görə qətli törədən şəxsin kimliyi məlum olub.

Belə ki, dəhşətli cinayəti həmin kənddə yaşayan və mərhum Z. Fərziyevanın qonşusu, Lerikin taınınmış din xadimlərindən biri Murad Əsgərov adlı şəxs törədib. Məlumatda bildirilib ki, molla Murad Əsgərov qonşuluqda yaşayan Z.Fərziyevanın evdə tək olduğunu bilərək gizli evə girib və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. 3 uşaq anası olan Z.Fərziyeva qışqıraraq evə oğru girib deyə qonşularını çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək onu amansızlıqla qətlə yetirib.

Kənd sakinləri bildirilib ki, M.Əsgərov ötən gün polis tərəfindən saxlanılıb.

Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən Z.Fərziyevanın yoldaşı Rusiyaya işləməyə gedib, bir oğlu isə Vətən Müharibəsi qəhrəmanlarındandır və hazırda Şuşada hərbi xidmətddədir.

OXŞAR XƏBƏRLƏR

“Məsələyə Putinin özü qarışmalıdır” - Qüdrət Həsənquliyevdən SENSASİON MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliy...

Bu türk ölkəsinin baş naziri Füzulidə səfərdədir

Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. &nb...

43 azərbaycanlı tələbə Çində təhsil alacaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən, 2025-2026...

Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ...

Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin iyulun 4-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olu...

Azərbaycan Universitetində magistratura üzrə yeni ixtisas açılıb

Azərbaycan Universitetinin 2025/2026-cı tədris ili üçün magistratura səviyyəsi və MBA proqramı (Biznesin idarə edilməsi) üzrə qəbul planı təsdiqlənib.  ...