Yasağ olmasına baxmayaraq, İranda oğlanlarla qızlar belə tanış olur - Görüşürlər - FOTOLAR
Özünə xas qanun və qaydaları ilə İran, sosial həyatı ilə bütün dünyanın diqqətini çəkir.
Sfera.az bildirir ki, İranda kimləsə tanış olmaq belə qadağandır. Gənclər pul cəzası, həbs və işgəncəylə üz-yüzə olmalarına baxmayaraq qarşı cinslə qarlılıqlı münasibətə girməkdən çəkinmirlər. Təbii bu qarşılıqlı əlaqə üçün onların da özlərinə xas üsulları var. Sosial həyat dedikdə İranda ilk ağla gələn yer prospektlərdir .. Gənclərin açıqca tanışlıq edə bildikləri tək yer buralardır .. Qızlar və oğlanlar avtomobillərinin şüşəsindən bir-birlərinə Telefon nömrələri verirlər. İranda ev partiləri ilə yanaşı, ümumiyyətlə Tehranda xüsusilə gənclər alburz dağına çıxır. Yenə qeyd olunduğu kimi parti sahibinin ya da partiyə qatılacaq adamın sizə güvənməsi bu partiyə qatıla bilməniz üçün ön şərtdir. İranda insanlar hər yerdə müxbir dolaşdığından söz edərlər. Havanın qararacağına yaxın saatlarda dağa doğru hərəkət edilir. Avtomobillərin içində qızlı kişili qrupların olması normaldır hətta avtomobilin içi ağzına qədər dolu ola bilər, nə polisin, nə də inqilab gözətçilərinin buna əhəmiyyət verdiyi yoxdur. Digər üsullardan bəziləri isə bir az daha çox makiyaj etmək, rəngli paltarlar geymək, qolları açıqda buraxmaq, hicabı yüngüldən geriyə itələmək və bağlı qapılar ardında gizli gizli eşqbazlıqlarındır. Fotoqraf Kiana Hayer də 'İranda necə eşqbazlıq edilir' sualına, fotoşəkillərlə cavab verməyə çalışır.