Nazir istirahətini harada keçirəcəyindən danışdı
"Daha çox aktiv-hərəkətli istirahətə üstünlük verirəm".
Sfera.az report-a istinadən bildirir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "ASAN radio"nun "QəbuldASAN" verilişində deyib.
Ə.Qarayev deyib ki, nazir kimi işləriylə əlaqədar Azərbaycanın bir çox bölgələrində olur: "Daha çox Şahdağa, Qubaya, Şəkiyə və başqa bölgələrə gedirəm. Qışda daha çox ov edirəm. Mən Azərbaycan təbiətinin vurğunuyam".
Nazir hesab edir ki, Azərbaycanın bütün bölgələrində istirahət etmək üçün maraqlı və cəlbedici yerlər var: "Ölkəmizdə xaricilərin də marağına səbəb olan turizm marşurutları mövcuddur. Onlar daha çox ölkəmizin şimal-qərb hissəsinə, orada olan tarixi abidələrə maraq göstərirlər. Mən şəxsən Azərbaycanda yeni yaranmış və geniş füsət almış istirahət istiqamətini seçərdim. Son illərdə Azərbaycanda istirahət və özünü bərpa etmək üçün turizm məkanları formalaşıb. Avropa İttifaqı ölkəmizdə belə bir turizm istiqamətinin olduğunu qəbul edib. Azərbaycan Avropa SPA ölkələrin siyahısına daxil olub. Azərbaycanda Naftalan, Qalaaltı, Qəbələdə böyük istirahət-müalicə kompleksləri mövcuddur, Şahdağda yayda dağlarda gəzərək aktiv istirahət etmək olar".