Ermənistan daha 54 itkisini açıqladı

Ermənistan daha 54 itkisini açıqladı
Ermənistanın İkinci Qarabağ müharibəsindəki itkilərinin rəsmi sayı yenidən artıb.

Sfera.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin tör-töküntülərindən olan "müdafiə ordusu” döyüşlərdə məhv edilən erməni hərbçilərinin daha bir qrupunun kimliyini açıqlayıb. Həmin hərbçilərin sayı 54 nəfərdir.

Bununla da erməni tərəfinin itkilərinin rəsmi sayı 2 836 nəfərə çatıb.

O da bildirilir ki, atəşkəsdən sonra Ermənstana 1 527 meyit verilib.

OXŞAR XƏBƏRLƏR