Logo

Maşın yol kənarındakı maneəyə çırpıldı, yaralılar var

Maşın yol kənarındakı maneəyə çırpıldı, yaralılar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "Nissan" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarında olan maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR