Yeni “Bayraqdar”lar sınaq uçuşlarına başlayır

Yeni “Bayraqdar”lar sınaq uçuşlarına başlayır
Dünya Türkiyənin döyüş pilotsuz təyyarələrinin Liviya, Suriya və Qarabağda gedən hərbi əməliyyatlarda oynadığı rolu müzakirə etməkdə ikən əfsanəvi "Bayraqdar TB2" PUA-larının memarı daha bir yeniliyi təqdim etməyə hazırlaşır.
 
Sfera.az xəbər verir ki, bu dəfə "Baykar" şirkəti şaquli enib-qalxan "Bayraqdar" kəşfiyyat dronları işləyib hazırlayıb və yaxın günlərdə sınaq uçuşlarına başlayacaq.

Taktiki pilotsuz uçan aparatlar sinfinə daxil olan bu "Bayraqdar" havaya tamamilə avtonom qalxa bilir, avtomatik, yəni yerüstü idarəetmə məntəqəsi ilə əlaqəsi olmadan uçuş həyata keçirir, avtonom olaraq yerə enir və yarıavtonom rejimdə uçuş qabiliyyətinə də malikdir.

"Bayraqdar" şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatı elektrik motorlarını işə salaraq şaquli şəkildə havaya qalxır, daha sonra yanacaqla işləyən əsas mühərrikini işə salır və elektrik mühərriklərini söndürərək uçuş həyata keçirir. 12 saat fasiləsiz havada qala bilir, maksimal uçuş hündürlüyü 15 min futdur, normal uçuş hündürlüyü 9 min fut nəzərdə tutulur.

Bu pilotsuz uçan aparat üç eniş opsiyasına malikdir: şaquli eniş, gövdə üzərinə eniş və paraşütlə eniş. Məlumatları 150 kilometrə qədər məsafədən komanda mərkəzinə ötürür, qanadlarının eni 5 metr təşkil edir, 5 kiloqram faydalı yük qaldıra bilir. Hədəfi lazerlə işarələyir və lazer məsafəölçəninə malikdir.
Şaquli enib-qalxan pilotsuz təyyarələrin əsas üstünlüyü onların hər hansı hava limanı və ya uçuş meydançası olmadan istifadə edilməsi imkanıdır.

Xatırladaq ki, "Baykar" şirkəti döyüş qabiliyyəti, taktiki-texniki göstəriciləri "Bayraqdar TB2"-lərdən daha üstün olan, lazerlə hədəfə yönləndirilən 8 "ağıllı" raketlə təchiz edilmiş "Akıncı" pilotsuz təyyarələrinin də bu ildən etibarən seriya istehsalına başlayıb. /Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...