Leonardo Di Kaprio Azərbaycanın problemindən danışdı

Leonardo Di Kaprio Azərbaycanın problemindən danışdı

 

Dünyaca məşhur aktyor Leonardo Di Kaprio Cənubi Azərbaycanda yerləşən Urmiya gölündən yazıb.

 

ANS PRESS-in məlumatına görə, Hollivud ulduzu gölün əvvəlki və hazırkı vəziyyətindən bəhs edib. O, bu barədə "İnstaqram" səhifəsində fotoqraf Solmaz Dəryaninin çəkdiyi şəkli paylaşaraq şərh edib.

 

"İranın şimal-qərbindəki Urmiya gölünün sahili, dağılan gəmi. Əvvəllər Orta Şərqdə ən böyük duzlu göl hesab edilən Urmiya  gölündə indi əvvəlki suyun həcminin cəmi 5 faizi qalıb. Bunun səbəbi qlobal iqlim dəyişiklikləri ilə yanaşı, su bəndinin tikilməsi, pis ekoloji şərait və gölə axan çayların məcralarındakı dəyişikliklərdir".

 

Urmiya gölü İranın ən məşhur gölüdür. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara mәnfi təsir göstərir. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən  aparılan tədbirlər hələ ki, kifayət deyil. Nə qədər ki, gec deyil, bu gölün quruyub yoxa çıxmasının qarşısı alınmalıdır.

 



OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...