Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə, "Keşlə" "Zirə"yə qarşı

Azərbaycan Premyer Liqası:
 Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 görüşü keçiriləcək.

Sfera.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında olacaq. Flaqman yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyununa çıxacaq.

9 oyundan 14 xal toplayan "ağ-qaralar" 4-cü sırada qərarlaşıblar. Əyalət təmsilçisi isə 8 xalla 7-ci pillənin sahibidir. Komandalar indiyədək ölkə çempionatında 48 dəfə üz-üzə gəliblər. Paytaxt klubu bu görüşlərin 22-də qələbə qazandığı halda, "qırmızı-qaralar" 16 dəfə 3 xala seviniblər. 10 matçda isə heç-heçə qeydə alınıb. Vurulan qolların sayında da qonaqlar üstündür - 68:59. "Neftçi” ardıcıl 13 oyunda meydanı qolsuz tərk etməyib. "Qəbələ” son üç ev qarşılaşmasında xal qazana bilməyib.

Günün digər matçı isə Zirədə baş tutacaq. 15 xalla 3-cü sırada olan eyniadlı qəsəbə təmsilçisi "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirəcək. Rəqibindən 3 xal geri qalan Yunis Hüseynovun başçılıq etdiyi kollektiv 5-ci pillədə yer alıb. Bunadək 20 dəfə qarşılaşmış komandaların duelində hər iki tərəf 6 qalibiyyət alıb. 8 oyun bərabərliklə nəticələnib. Meydan sahiblərinin 23 qoluna qonaqlar 24 topla cavab veriblər. Son 3 qarşılaşmada 4 və ya daha çox qol vurulub. "Zirə” evdə son iki matçda qalib gəlib.

22 noyabr (bazar)

Azərbaycan Premyer Liqası

X tur

14:00. "Qəbələ” – "Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu.

16:00. "Zirə” – "Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...

“Məsələyə Putinin özü qarışmalıdır” - Qüdrət Həsənquliyevdən SENSASİON MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliy...

Bu türk ölkəsinin baş naziri Füzulidə səfərdədir

Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. &nb...

43 azərbaycanlı tələbə Çində təhsil alacaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən, 2025-2026...

Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ...