Filmdən qovulsa da, 10 milyon dollar alacaq

Filmdən qovulsa da, 10 milyon dollar alacaq
Hollivud ulduzu Conni Depp qadına qarşı şiddət göstərdiyinə görə filmdən qovulub.

 

Sfera.az xəbər verir ki, 57 yaşlı məşhur aktyor yeni çəkiləcəyi "Fantastik canavarlar" filmindən uzaqlaşdırılıb.


 

Belə ki, aktyorun həyat yoldaşı Ember Herdə qarşı şiddət tətbiq etdiyi ilə bağlı iddialar öz təsdiqini tapdıqdan sonra filmin istehsalçısı Depplə işləməyəcəyini bildirib.

 

 

Aktyorun rolu geri alınsa da, müqaviləyə əsasən aktyora 10 milyon dollar qanorar ödəniləcək.

 

Xatırladaq ki, Coni Depplə Ember Herd cütlüyü 2015-ci ildə ailə həyatı qurub. Onlar 2 il sonra - 2017-ci ildə qalmaqallı şəkildə boşanıb. Belə ki, Amber Herd Coninin onu döydüyünü iddia edərək məhkəməyə müraciət edib.


 

Jalə Mehdi

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR