Sevincdən Flora Kərimovanın səhhəti pisləşdi - Şuşanın alınma xəbərinə görə

Maqazin
23:45 / 08.11.2020
3547
Şuşanın alınması sevinci xəbərini bölüşmək üçün əslən Şuşalı olan Xalq artisti Flora Kərimova ilə əlaqə saxlanılıb.
Sfera.az xəbər verir ki, sənətkarın köməkçisi Flora xanımın hal-hazırda səhhətinin pisləşdiyini bildirib.
Buna səbəb kimi isə Flora xanımın sevindiyini bildirib: "Flora xanım bu xəbəri hər zaman gözləyib. İndi onun səhhəti yaxşı deyil, təbii ki, sevindiyindən..Onu az öncə zəng edib verilişlərə dəvət etdilər, heç bilmirəm gedə biləcək ya yox?" deyə bildirib.Moderator