Türkiyə gözəli seçilən 15 yaşlı azərbaycanlı qızdan QALMAQALLI AÇIQLAMA

Türkiyə gözəli seçilən 15 yaşlı azərbaycanlı qızdan QALMAQALLI AÇIQLAMA
15 yaşında Türkiyənin ən gözəl qızı seçilən azərbaycanlı Melisa İmrak tənqidlərə cavab verib. 

Sfera.az xəbər verir ki, "Best model of Turkey” yarışmasında birincilik qazanan Melisa İmrak sosial media hesabında bunları yazıb:

"Bəli, mənim 15 yaşım var. Atam İstanbuldan, anam isə Gəncədəndir. Üzümdə heç bir estetik də yoxdur. Fiziki cəhətdən məni qiymətləndirməyin. Həqiqətən 2005-ci ildə anadan olmuşam. Arzum aktrisa olmaq idi, ancaq modellik qapısı üzümə açıldı. Yalnış fikirlər söyləyib, insanları çaşdırmayın. Dünyada 15 yaşında sən model seçilə bilməzsən deyə bir əngəl də yoxdur ”.

Qeyd edək ki, 15 yaşlı Melisa İmrakın "Best model of Turkey” yarışmasına qatılması müzakirələrə səbəb olmuşdu.

Jalə Mehdi
Sfera.az










OXŞAR XƏBƏRLƏR