Zəlzələdə ölən əkizlər məşhur aktrisanın qohumları imiş - FOTO

Zəlzələdə ölən əkizlər məşhur aktrisanın qohumları imiş - FOTO
Türkiyəli aktrisa İclal Aydın sosial şəbəkədə etdiyi paylaşımla hər kəsi gözyaşlarına boğub.

 

Sfera.az-ın məlumatına görə, aktrisanın paylaşımındanİzmirdə zəlzələ nəticəsində həyatını itirən əkizlər - Sayra və Çınarın onun əmisi nəvələri olduğu anlaşılıb.

 

 

O, Sayra ilə Çınarın fotoşəkillərini paylaşaraq bunları yazıb:


"Dünyaya birlikdə gəldilər, birlikdə də getdilər... Məkanınız cənnət olsun”.


 

Xatırladaq ki, oktyabrın 30-u İzmirdə güclü zəlzələ nəticəsində 17 bina dağılıb. Hadisə nəticəsində 114 nəfər ölüb, 1000-dən çox insan xəsarət alıb.

Əkiz bacı və qardaş Sayra ilə Çınar Alpgündüz də həyatını itirənlər arasında olub.

 

Jalə Mehdi

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR