"Yeşilçam"ın daha bir aktyoru vəfat etdi - FOTO

"Yeşilçam"ın məşhur aktyorlarından Orxan Çoban vəfat edib.

Sfera.az xəbər verir ki, "Yeşilçam" filmlərinin "ofisiant"ı kimi tanınan koronavirusdan dünyasını dəyişib. 82 yaşlı aktyor bir müddətdir
Samatya İstanbul Təhsil və Araşdırma Xəstəxanasında müalicə alırmış.

Lakin həkimlərin səylərinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aktyor Orxan Çoban indiyədək 150-yə yaxın filmdə rol alıb.

Jalə Mehdi
Sfera.az



 


OXŞAR XƏBƏRLƏR