Xalq artistinin xanımı: “Atışma düz yanımızda baş verdi" - VİDEO

Xalq artistinin xanımı: “Atışma düz yanımızda baş verdi
Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebko Vyanada törədilən terror aktından danışıb. 

Sfera.az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında bildirib.

O bildirib ki, terror hücumu zamanı qonşuları ilə birlikdə qaldığı binanın damına çıxıb. İfaçının sözlərinə görə, Vyanada qaldığı evin yerləşdiyi məhəllədə atəş səsləri eşidilib:

"Bizdə burada atışma baş verib, düz yanımızda. Bizimlə hər şey yaxşıdır, qonşumuz atışmanı gördü, çox qorxub. Atışmanı, çaxnaşmanı, qaçan insanları, qışqırıqları görüb. Xəbər gözləyirik. İndi burada sakitlikdir, çox-çox sakitlikdir. Görək, nə baş verəcək".

Qeyd edək ki, axşam saatlarında silahlı şəxslər eyni zamanda Vyanada altı məkana hücum ediblər. Hadisə nəticəsində iki nəfər ölüb, 14 nəfər yaralanıb. Polis silahlılardan birinin öldürüldüyünü deyib. 
 


OXŞAR XƏBƏRLƏR