“İstərdim ki, arada isti münasibətlər yaransın…” – Keçmiş həyat yoldaşı Emin Ağalarovdan yazdı

Maqazin
14:54 / 02.11.2020
2064
Xalq artisti, dünya şöhrətli müğənni Emin Ağalarovun keçmiş həyat yoldaşı Alyona Qavrilova nəhayət səssizliyini pozaraq boşanmasından yazıb.

Sfera az xəbər verir ki, rusiyalı model sosial media hesabında Emin Ağalarovla şəklini paylaşaraq bu sözləri qeyd edib:
"Emin Alyonanı atdı... Bəli o harasa getdi... Niyə belə oldu? Bunların hamısı nəyə gətirib çıxardı? Pis fikirləşmək istəmirəm. İstərdim ki, arada isti münasibətlər yaransın, axı o da valideyndir”.
Qeyd edək ki, cütlük 2018-ci il iyulun 14-də ailə həyatı qurub, bu ilin fevral ayında isə boşanıblar. Onların bu nikahdan Afina adlı qız övladı var. Alyona Qavrilova boşanandan sonra səsiz qalmağı üstün tutmuşdu.
Jalə Mehdi
Sfera.az
