Oktay Kaynarca Ermənistanın vəhşiliyini qınadı - FOTO

11:51 / 28.10.2020
1727
Türkiyəli məşhur
aktyor Oktay Kaynarca Ermənistanın mülki vətəndaşlarımızı hədəfə alması ilə bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, aktyor "Instagram”ın hekayə bölümündə bunları yazıb:
"Üçüncü dəfə həyata keçirilən humanitar atəşkəsi 5 dəqiqə sonra üçüncü dəfə pozan Ermənistanı kəskin qınayıram. Bombalar yağdırdığı ərazidəki məsum insanların acılarını ürəkdən paylaşıram”.
Xatırladaq ki, ötən gün ermənilərin raket hücumu nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində aralarında azyaşlılar da olmaqla 4 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.
Jalə Mehdi
Sfera.az