Türkiyəli jurnalist ölkədə turizmin tənəzzülünün səbəbini izah etdi

Türkiyəli jurnalist ölkədə turizmin tənəzzülünün səbəbini izah etdi
Türkiyə iqtisadiyyatının əsas sahələrindən biri olan turizm Ankaranın həm daxili, həm də xarici siyasətində buraxdığı bağışlanmaz səhvlər ucbatından tənəzzülə uğrayıb. 
Oxu.Az xəbər verir ki, bu barədə "Milliyet”də öz sütununda Mehmet Tezkanyazıb. 
Türkiyənin ilk bədbəxtçiliyi Suriyanın daxili işlərinə qarışmağı oldu, nəticədə ölkəyə 2,7 milyon qaçqın gəldi. Egey dənizi qaçaqmalçı gəmilərlə doldu, burada hər gün insanlar boğularaq ölməyə başladı. Sonunda o, "ölüm dənizi” adını aldı, jurnalist qeyd edir. 
İkinci bədbəxtçilik, Ankaranın uzun müddət cihatçıların güclənməsinə göz yumaraq açıq qapı siyasətindən imtina etməyərək hamını qəbul etməsidir. Terrorçular asanlıqla ölkəyə gəlirdilər, indi isə "İslam dövləti” Türkiyədə fəaliyyət göstərir, hədəf kimi isə tez-tez xarici vətəndaşları seçir, jurnalist yazır. 
Daha sonra Türkiyə hakimiyyəti, rusiyalı vətəndaşlar türk turizminə lazım olduqları halda, Moskva ilə münasibətlərdə bir sıra səhvlərə yol verdi. Öncə Ankara hava məkanında mühüm olmayan pozuntuya görə Rusiya təyyarəsini vurdu, daha sonra vəziyyəti guya bu təyyarənin təhlükəsizliyə təhdid yaratdığı kimi qələmə verməyə çalışarkən addımbaaddım vəziyyəti daha da gərginləşdirdi, məqalədə deyilir. 
"Biz münasibətləri pozduq, biz turizmin ayaqüstə durmasına səbəb olan rusları itirdik”, - Tezkan yazır. 
Və nəhayət, Türkiyə hakimiyyəti PKK ilə müharibənin qarşısını almaq və kürd məsələsini dinc yolla həll etmək üçün heç nə etmədi. İndi Türkiyə küçələrində İkinci Dünya müharibəsi illərini xatırladan xaos və yoxsulluq hökm sürür. Sonda isə jurnalist istehza ilə bu qorxulu şəraitdə ölkəyə turistlərin niyə gəlməməsinə yalnız təəccüblənməyin qaldığını bildirir. 

OXŞAR XƏBƏRLƏR

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...