“Burada terrorçular yuva salmışdı” - İranla sərhədin azad edilməsinə REAKSİYA

“Burada terrorçular yuva salmışdı” - İranla sərhədin azad edilməsinə REAKSİYA

"İranla sərhədlərimizin azad edilməsi beynəlxalq cinayətkarlığa qarşı mübarizə baxımından xüsusi önəmi var”.


Bu sözləri Sfera.az-a açıqlamasında İranla sərhədin düşmən tapdağından tam azad edilməsi prosesinin önəmini dəyərləndirərkən siyasi icmalçı Qulu Məhərrəmli deyib.


Hömsöhbətimiz hesab edir ki, daha həmin sərhəd zonasından silah qaçaqmalçılığına, narkotik maddələrin daşınmasına, habelə terrorçuların keçidinə imkan verilməyəcək:


 


"Azərbaycanın İranla sərhədlərinə tam sahib çıxması ilk növbədə beynəlxalq hüququn tələbidir. Baş verənlər suverenlik ifadəsidir, özünü müdafiə sisteminin təkmilləşməsidir. Çünki Dağlıq Qarabağda yaradılan oyuncaq rejim həmin əraziləri nəzarətdən kənar yerə çevirmişdi. Ora dünyanın müxtəlif yerlərindən silah gətirilir, narkotik madələr daşınır, terrorçular burada yuva salmaq üçün köçürülürdü.

 

Amma artıq Sərhəd Qoşunlarımız həmin ərazilərdə xidməti bərpa edib. Bu isə o deməkdir ki, həmin cinahdan sərhədlərimiz tam etibarlı şəkildə qorunur”.


Tanınmış jurnalist bu hadisəni dövlət təhlükəsizliyi baxımından da əhəmiyyətli və ciddi hadisə kimi dəyərləndirir:

 

"Bu bir ölkənin öz sərhədlərinə tam və etibarlı şəkildə nəzarət etməsi baxımından qiymətlidir. Ona görə də həmin hadisənin böyük hərbi, siyasi, iqtisadi əhəmiyyəti var. Bunu işğal olunmuş ərazilərimizin addım-addım azad olunması prosesində çox mühüm həlqə, ciddi mərhələ kimi dəyərləndirərdim. Sərhədə nəzarətin bərpa edilməsi dövlətin gücüdür, nüfuzunun artması və öz suveren hüquqlarını tətbiq etməsi deməkdir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...