“İndi Minsk Qrupu Ermənistana təzyiq göstərməlidir”- Deputat təşkilatı nəticə çıxarmağa səslədi

“İndi Minsk Qrupu Ermənistana təzyiq göstərməlidir”- Deputat təşkilatı nəticə çıxarmağa səslədi

"Minsk Qrupunda yanlız bir neçə ölkənin aktivliyini görürük, bəzi ölkələrin oradakı varlığından cəmiyyət xəbərsizdir”.

 

 

BunuSfera.az-a deputat Sevinc Fətəliyeva bildirib. Deputat təşkilat üzvlərindən ancaq Türkiyənin Azərbaycanı dəstəklədiyini diqqətə çatdırıb:



"Azərbaycan münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllində sadiqliyə əsaslanıb. Doğrudur, Azərbaycan cəmiyyəti ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı deyil. Çünki Minsk Qrupu, həmsədrlər işğalçı Ermənistanı öz adı ilə çağırmayıb, Azərbaycan torpaqlarını sülh yolu ilə işğaldan azad etmək üçün ona heç bir təsir və təzyiq göstərməyib.

 

Bununla belə, həmsədrlərin müəyyən fəaliyyətləri var. Danışıqlar Madrid prinsiplərinə əsaslanır.Baza prinsipləri müəyyənləşdirilib ki, Azərbaycan bunu qəbul edir. Dövlətimizin başçısının bu barədə fikirləri ilə yəqin ki tanışsınız.Amma Ermənistanın yeni rəhbərliyi, Paşinyan hakimiyyəti isə öz destruktiv mövqeyi ilə danışıqları demək olar ki, pozub. "Qarabağ Ermənistandır və nöqtə”, "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları, Azərbaycana qarşı irəli sürülən 7 şərt və hərbi təxribatlar bunu deməyə əsas verir. Hazırda cəbhədə döyüşlər getsə də, yenə də Azərbaycan danışıqlara sadiq olduğunu bəyan edir”.


Deputat Minsk Qrupu üzvlərinin Paşinyanın müharibənin sülh yolu ilə həlli olmadığını bildirən açıq bəyanatından nəticə çıxarmalı olduğunu bildirib:


"Əslində, Minsk qrupunun üzvlərindən həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya indiyə qədər vasitəçilik misiyası ilə məşğul olub. Qrupun digər üzvlərindən isə Türkiyə münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir. Bundan başqa, Minsk Qrupunun yerdə qalan üzvlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallığını müşahidə etməmişik.

 

Əslində, cəmiyyətimizdə adlarını çəkdiyim ölkələrdən başqa hansı dövlətlərin Minsk Qrupunda mövcud olması barədə bəlkə də geniş məlumat yoxdur. Çünki onların nizamlama prosesində fəallığı yoxdur. Paşinyanın məlum bəyanatı isə bütövlükdə Minsk Qrupuna zərbədir. Minsk Qrupunun üzvü olan ölkələr bu bəyanatla bir daha gördülər ki, məhz Ermənistan sülh danışıqlarına maraqlı deyil. Ermənistanın məqsədi təcavüzkar siyasətini davam etdirməkdən ibarətdir. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun üzvləri bundan nəticə çıxarmalıdır. Ermənistana təzyiqlər göstərilməlidir ki, işğalçılıq siyasətinə son qoysun”.

 

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...