Bu zirvə toplantısı 2021-ci ilə təxirə salındı

Bu zirvə toplantısı 2021-ci ilə təxirə salındı
Bu il Bişkekdə keçirilməsi planlaşdırılan Mərkəzi Asiya Respublikaları prezidentlərinin zirvə toplantısı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.

Sfera.az  xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov açıqlama verib. Bildirib ki, sammitin gələn il Türkmənistanda baş tutacağı gözlənilir.

Kamilov "Pravda Vostoka” qəzetinə müsahibəsində "Təəssüf ki, koronavirusla bağlı mövcud vəziyyət və bu pandemiyanın aradan qaldırılması vaxtı ilə bağlı davam edən qeyri-müəyyənlik səbəbindən növbəti, üçüncü zirvə toplantısının keçirilməsinin ehtimalı azdır”,- deyə qeyd edib.

Onun sözlərinə görə, Türkmənistan üçüncü görüşə 2021-ci ildə ev sahibliyi etməyi təklif edib.

"Biz məşvərət şurasının həmsədri olaraq Türkmənistanın bu təklifini tam dəstəkləyir və növbəti Mərkəzi Asiya ölkələrinin zirvə toplantısını mənalı bir proqramla keçirəcəyimizə ümid edirik”,- deyə Kamilov sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...