Azadlığa çıxan Kamil Zeynallı: “Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım"

Azadlığa çıxan Kamil Zeynallı: “Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım
10 gündür həbsdə olan tanınmış fitness məşqçisi Kamil Zeynallı azadlığa çıxıb.

Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
 
İdmançı əsgərlərə yardım kampaniyasını davam etdirəcəyini bildirib:

"Əziz dostlarım, arzu edirəm ki, tezliklə növbəti 10 sutkanı Şuşada yatım. Allah ordumuzu qorusun, hər şey Vətən üçün! Əsgərlərimizə dəstəyimiz davam edəcək, maşın-maşın dəstəklərimiz gedəcək... Harda qalmışdıqsa, oradan da davam edəcəyik”.

Kamil Zeynallının internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaları, foto və vidogörüntüləri yaydığı müəyyən edilmişdi. İdmançı inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görəFüzuli rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati tənbeh növündə həbs olunmuşdu. 

OXŞAR XƏBƏRLƏR