Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı
09:03 / 23.10.2020
1329
ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüşəcək.
Sfera.az xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb.
Pompeonun Ceyhun Bayramovla görüşü Vaşinqton vaxtı ilə 09:30-da (Bakı vaxtı ilə 17:30-da), Zöhrab Mnatsakanyanla isə bir saat sonra başlayacaq.